525.Az

Antiazərbaycan şəbəkəsinin iflası


 

Antiazərbaycan şəbəkəsinin iflası<b style="color:red"></b>

Avropa ölkələrinə sığınmış antimilli ünsürlərin bir müddətdir ki, dövlətimiz, xalqımız, onun rəhbərliyi əleyhinə apardıqları "söyüş", şər böhtan dolu kampaniya iflasa uğradı.

Vətənpərvərlikdən, milli mənəvi dəyərlərdən qat-qat uzaq olan bu şəxslər hər fürsətdə dövlətimizin, xalqımızın maraqlarına qarşı çıxıb, xəyanətkarcasına davranış sərgiləmələri Azərbaycan ictimaiyyəti tərəfindən kəskin reaksiyalarla qarşılandı.

Təbii ki, onların anti-azərbaycan kampaniyası, çirkin əməlləri heç bir halda dəstək qazana bilməzdi. Dəstəyi ancaq ölkəmizdə özlərini müxalifət adlandıran radikallardan aldılar. Hansı ki, bu radikallar da Avropadakı antimilli ünsürlərlə əlbir işləyir, xaricdə dövlətimiz əleyhinə olan bəzi dairələrin sifarişlərini yerinə yetirirlər. Daxildəki radikallar xarici ağalarına xoş getsin deyə prezident seçkilərini boykot etdilər. Əslində isə ölkəmizdə seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi üçün bütün şərait mövcud idi. Sərbəst toplaşmaq, ifadə azadlığı, raqəbət mühüti tam bərqərar olmuşdu. Azərbaycanda uzunmüddətli müşahidə aparan beynəlxalq müşahidəçilər də seçki mühitinin demokratik, şəffaf olduğunu öz hesabatlarında qeyd etdilər. Radikallar seçkini boykotla bağlı irəli sürdükləri "səbəb"lərin inandırıcı olmadığını anladıqları üçün növbəti fitnəyə əl atdılar. Hələ seçki prosesi başlamazdan onu gözdən salmağa çalışdılar. Ardınca AXCP, "Milli Şura" deyilən qurum aksiyalara başladılar. Bu aksiyalar zamanı öz "arqumentləri"nin dəstəklənəcəyinə ümid etsələr də, növbəti dəfə pərişan oldular. Bu aksiyalar həm də radikalların özünüifşasının kuliminasiyası oldu. Nə seçki ərəfəsində, nə ondan sonra keçirlən etiraz aksiyasına insanlar gəlmədi, bununla da Azərbaycanın siyasi səhnəsində radikallara yer olmadığını sübut etmiş oldular. 90-cı illərin ab-havasından çıxa bilməyən radikallar elə düşünürlər ki, bu dəfə də xalqın etimadını qazana, küçələrdən hakimiyyətə gələ biləcəklər. Amma Avropadakı ağalarından sifariş alanda gərək onlardan sivil mübarizə aparmağın da yollarını öyrənəydilər.  Bu gün Azərbaycanda güclü iqtidar, xalq-hakimiyyət birliyi var. Və bu iki məqam ölkəmizdə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq istəyənlərin iflas etməsi üçün kifayət edirdi.

Ortada görülmüş işlər, nəticələr var.  Son 15 ildə Azərbaycan sürətli inkişaf yolu keçib, ölkəmiz bütün sahələrdə böyük uğurlar əldə edib. Azərbaycanın müəllifliyi ilə həyata keçirilən yeni beynəlxalq neft-qaz, nəqliyyat layihələri yaxın gələcəkdə dövlətimizin daha da güclənəcəyini, gəlirlərinin artacağını və nəticədə insanların sosial rifahının yüksələcəyini ehtiva edir. Azərbaycan hakimiyyəti real iş görür. Ölkə rəhbəri hər seçki ərəfəsində verdiyi vədləri artıqlaması ilə yerinə yetirib. Azərbaycanda devalvasiyanın baş verdiyi vaxt hər kəs ölkə üçün uzun müddətli çətin dövrün başladığını düşünür və bir ümumi narahatlıq var idi. Amma xalqın içində öz liderinə olan böyük inam, etimad, onun ən çətin məqamlarda qəbul etdiyi doğru qərarlar insanlarda bir rahatlıq, ümid yaratmışdı. Necə ki, İlham Əliyev qəbul etdiyi müdrik qərarlarla çox qısa müddət ərzində ölkəmizin böhran astanasından geri dönüşünü təmin etdi. Bü gün də dünyada, həmçinin, qonşu ölkələrdə böhran vəziyyəti hökm sürür. Milli valyutalar kəskin ucuzlaşır. Amma Azərbaycanın valyuta gəlirləri, ÜDM, iqtisadi göstəriciləri artıb. Ölkəmiz dünyada həm də turizm nöqtəsi kimi tanınır. Paytaxtımıza, regionlara səfər edən turistləri təkcə ölkəmizin gözəlliyi, zəngin mətbəxi, insanlarımızın qonaqpərvərliyi, mədəniyyəti valeh etmir, həm də sabitlik və təhlükəsizliyin hökm sürməsi yüksək dəyərləndirilir. Çünki turist səyahət edəcəyi ölkənin ilk növbədə daha təhlükəsiz olmasına üstünlük verir.  

Kərimlilər, orduxanlar, tural sadıqlılar, emin millilər apardıqları çirkin  kampaniyanın iflasa uğraması ilə heç cür barışa bilmədikləri üçün son ümid yeri kimi AŞPA-ya üz tutdular. Avropa ölkələrini rahatlıqla gəzən, pula pul deməyən bu antimilli ünsürlər məhz Azərbaycana xəyanət etdikləri üçün dövlətimizi sevməyən qüvvələr, o cümlədən, ermənilər tərəfindən maliyyələşdirilirlər.

AŞPA-da qəbul edilmiş qərəzli hesabat da məhz bu cür qüvvələrin "səylərinin" nəticəsidir. Amma Azərbaycan kimi güclü, demokratiya yolunda inamla addımlayan bir dövləti belə hesabatlarla əlbəttə ki, gözdən salmaq mümkün deyil. Ermənipərəstlərin, antimilli ünsürlərin, daxildəki radikalların iş birliyi əsasında meydana gələn bu hesabat  Qərbdə bəzi dairələrin Azərbaycana təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş bir oyundur. Bu da Avropa təşkilatlarının ikili standartları özlərinin iş prinsipi seçməsinin daha bir sübutudur.

Əlbəttə ki, bü qüvvələr öz çirkin, qarayaxma kampaniyasını bundan sonra da davam etdirəcəklər, çünki vətəni satmaq, dövlətin, xalqın maraqlarını hərraca qoymaq onlar üçün adi bir hərəkətdir. Təki pul gələn yerləri olsun. Bir tərəfdə güclü, daim inkişaf edən, regionun lideri, dünyada nüfuz sahibi olan Azərbaycan, digər tərəfdə isə öz dövlətini, xalqını satan vətən xainləri, onlarla əlbir olan və xalqın boykot etdiyi radikal müxalifət. Deməli, nə qədər ölkəmizi sevməyən qüvvələr tərəfindən dəstək alsalar da, öz çirkin "hədəflər"inə çatmayacaqlar. Xalqın dəstəyini qazanmayan, ona arxalanmayan heç bir qüvvə uğur qazana bilməz. Antimilli ünsürlərin son kampaniyası da bu reallığı sübuta yetirdi.

AZAD

 





02.05.2018    çap et  çap et