525.Az

Ermənistanda baş nazirin seçiləcəyi iclasın vaxtı açıqlandı


 

Ermənistanda baş nazirin seçiləcəyi iclasın vaxtı açıqlandı <b style="color:red"></b>

Ermənistanda baş nazirin seçiləcəyi yeni tarix açıqlanıb. 

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək.

Bu barədə parlamentin sədri Ara Babloyan məlumat verib.

O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq. 

Xatırladaq ki, mayın 1-də keçirilən iclasda baş naziri seçmək mümkün olmayıb. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyan 53 səsə ehtiyac olduğu halda, 45 səs toplayıb.

 





02.05.2018    çap et  çap et