525.Az

Səfir: “İsrail və Azərbaycan çoxtərəfli, strateji münasibətlər qurub”


 

Səfir: “İsrail və Azərbaycan çoxtərəfli, strateji münasibətlər qurub”<b style="color:red"></b>

“Azərbaycan kimi, İsrail də davamlı münaqişəyə baxmayaraq, iqtisadiyyatı inkişaf etdirməyə, vahid cəmiyyət və sabit hakimiyyət sistemi qurmağa nail olub”. 

APA-nın məlumatına görə, bu sözləri İsrailin Azərbaycandakı səfəri Dan Stav ölkəsinin müstəqilliyinin ildönümü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. 

Səfir bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra İsrail onun müstəqilliyini tanıyan 4-cü ölkə olub: “İki ölkə müdafiə və energetika sahəsində əməkdaşlığa əsaslanan çoxtərəfli və strateji münasibətlər qurublar. İndi özəl sektorun iki əsas sahəsində ölkələrimizin münasibətləri inkişaf edir. Onlardan biri kənd təsərrüfatıdır ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən İsrail şirkətlərinin sayı artır. Digər sahə turizmdir. Bu il Azərbaycana gələn israilli turistlərin sayının üç dəfə artaraq 50 mini keçəcəyi gözlənilir”.  

Diplomat qeyd edib ki, yəhudi icmasının Azərbaycanda qədim vaxtlardan mövcud olmasıdır ikitərəfli münasibətlərin xüsusi tərkib hissəsidir: “Yəhudi icmaları öz qonşuları ilə hər zaman sülh və harmoniyada yaşayıblar. Onların çoxu İsrailə miqrasiya edərək iki xalq və iki ölkə arasında dostluq körpüsü rolunu oynayırlar”.

 





02.05.2018    çap et  çap et