525.Az

Ağcabədidə yol tikintisinə 8 milyon manat ayrıldı


 

Ağcabədidə yol tikintisinə 8 milyon manat ayrıldı <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, 8 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





03.05.2018    çap et  çap et