525.Az

FED uçot dərəcəsini dəyişmədi


 

FED uçot dərəcəsini dəyişmədi <b style="color:red"></b>

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. 

APA-nın məlumatına görə, FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb. 

Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də uçot dərəcəsini artırıb. 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

 





03.05.2018    çap et  çap et