525.Az

Poroşenkodan Ukrayna nümayəndələrinin MDB-dən çıxarılmasına dair tapşırıq


 

Poroşenkodan Ukrayna nümayəndələrinin MDB-dən  çıxarılmasına dair tapşırıq <b style="color:red"></b>

Ukrayna prezidenti Petro Poroşenko Xarici İşlər Nazirliyinə Ukraynanın nümayəndələrini MDB koordinasiya qurumlarından geri çağırmaq üçün təkliflər hazırlamağı tapşırıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha əvvəl P.Poroşenko Ukrayna hökumətinin MDB-nin təsis qurumlarından rəsmi çıxarılması proseduruna başlanmasını və Minskdə Ukraynanın nümayəndəliyinin bağlanmasına dair göstəriş verib. 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, öz növbəsində, Kiyevin təşkilatın fəaliyyətində iştirakının dayandırılmasına dair prezidentin təşəbbüsünü dəstəkləyib.

 





03.05.2018    çap et  çap et