525.Az

Düşmən işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir


 

Düşmən işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir<b style="color:red"></b>

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi təlim cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində müşahidə olunur. 

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. 

Atış səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.

 





03.05.2018    çap et  çap et