525.Az

İlk Azərbaycan-Ukrayna-Türkiyə üçtərəfli məsləhətləşmələr keçiriləcək


 

İlk Azərbaycan-Ukrayna-Türkiyə üçtərəfli məsləhətləşmələr keçiriləcək<b style="color:red"></b>

Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər nazirlikləri arasında ilk üçtərəfli siyasi məsləhətləşmələr keçiriləcək. 

APA-nın XİN-ə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar Bakıda həmkarı Xələf Xələfovla görüşü və keçirilən siyasi məsləhətləşmələr zamanı deyib. O, Azərbaycanla strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, o, ilk dəfə keçiriləcək Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər nazirlikləri arasında üçtərəfli siyasi məsləhətləşmələrin böyük rol oynayacağına əminliyini ifadə edib.

X. Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsinin əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu diqqətə çatdırıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X. Xələfov Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu istiqamətdəki rolunu xüsusilə qeyd edib. Görüş əsnasında X. Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları, habelə TAP və TANAP kimi enerji layihələri haqqında həmsöhbətinə məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini söyləyib. 

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.

 





03.05.2018    çap et  çap et