525.Az

Ağstafada yol tikintisinə 3 milyon manat ayrıldı


 

Ağstafada yol tikintisinə 3 milyon manat ayrıldı<b style="color:red"></b>

Prezident İlham Əliyev Ağstafa rayonunun Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 





03.05.2018    çap et  çap et