525.Az

Hüquqi yardıma görə müdafiəçiyə ödənilən haqq 3 dəfə artırıldı


 

Hüquqi yardıma görə müdafiəçiyə ödənilən haqq 3 dəfə artırıldı<b style="color:red"></b>

Azərbaycanda hüquqi yardımın göstərilməsinə görə, müdafiəçiyə ödənilən haqq 3 dəfə artırılıb. 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib. 

Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb.

 





04.05.2018    çap et  çap et