525.Az

Meksikanın bir şəhərində 119 polis saxlanıldı


 

Meksikanın bir şəhərində 119 polis saxlanıldı <b style="color:red"></b>

Meksikanın Puebla ştatının Baş Prokurorluğu müxtəlif cinayətlərdə şübhəli bilinən San-Martin-Teksmelukan şəhər polis şöbəsinin 119 əməkdaşını saxlayıb.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında şəhər polis şöbəsinin rəisi və ictimai təhlükəsizlik komissarının olduğu bildirilir. Onlar və daha 4 polis əməkdaşı həmkarlarından rüşvət tələb etməkdə şübhəli bilirlər. Qalanları isə qanunsuz vəzifə tutmaqda və digər cinayətlərdə şübhəli bilinirlər.      

Bundan əvvəl San-Martin-Teksmelukan şəhərinin 185 polis əməkdaşı cinayətkarlıqda şübhəli bilinərək saxlanılıb.

 





04.05.2018    çap et  çap et