525.Az

ADPU-nun bir qrup professor-müəllimi sertifikatla təltif olundu - Fotolar


 

ADPU-nun bir qrup professor-müəllimi sertifikatla təltif olundu - <b style="color:red">Fotolar </b>

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə müvəffəqiyyət qazanmış müəllimlərə sertifikatların verilməsi mərasimi keçirilib.

Tədbirdə universitet rəhbərliyi, ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Heidi Smith və təhsil üzrə mütəxəssis Ramina Mürşüdova, həmçinin professor-müəllim heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Jill Sperandionun ADPU-da fəaliyyəti dövründə gördüyü işlər haqqında qısa məlumat verib, dəstəyi üçün ekspertə, həmçinin, ABŞ səfirliyinə xüsusi təşəkkürünü bildirib, eyni zamanda, bu kimi layihələrin davamlı olacağını iştirakçıların diqqətinə çatdırıb.

Sonra Jill Sperandio universitetdə olduğu 4 ay müddətində ona yaradılan şərait, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, həmçinin təlimlərdə fəal iştirak edən müəllimlərə ürək sözlərini çatdırıb, fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Heidi Smith təlimlərdə fəal iştirak edən müəllim heyətinə ABŞ təhsil proqramları haqqında məlumat verib, fəaliyyətlərində daha da uğurlu nəticələr əldə etmək üçün bu proqramlar vasitəsilə təcrübələrini artıra bilmə imkanlarından bəhs edib.

Keçirilən təlimlərin nəticələrinə uyğun olaraq elan olunmuş müsabiqədə iştirakına görə, müxtəlif fakültələrin 22 nəfər professor-müəlliminə sertifikatlar təqdim olunub.

İştirakçılardan Tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov bu tip proqramların müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında xüsusi rolu olduğunu vurğulayıb.

Müəllimlərdən Mətanət Əsgərova, Əsmət Teymurova, Səmayə Həsənova, Günay Əfəndiyeva, Şəhla Quliyeva, Rəhimə Məmmədova ürək sözlərini deyərək bu işin təşkilatçılarına təşəkkürlərini bildiriblər, bu kimi təlimlərin davamlı olmasını arzulayıblar.

 





04.05.2018    çap et  çap et