525.Az

Apreldə Təhsil Nazirliyinə 10 mindən çox müraciət daxil olub


 

Apreldə Təhsil Nazirliyinə 10 mindən çox müraciət daxil olub<b style="color:red"></b>

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 10 185 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 357 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 828 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 173 sənəd (703 məktub, 456 ərizə, 14 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə və ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1 812 müraciət), cümə axşamı (1 525 müraciət) və çərşənbə axşamı (1 523 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (841 müraciət) və çərşənbə axşamı (596 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

S.QARAYEVA

 





04.05.2018    çap et  çap et