525.Az

İstanbulda “Azərbaycan musiqi şöləni” başa çatdı


 

İstanbulda “Azərbaycan musiqi şöləni” başa çatdı <b style="color:red"></b>

Azərbaycan Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulda "Azərbaycan musiqi şöləni!" şüarı ilə təşkil olunan konsertlər "Etno caz gecəsi" musiqi proqramı ilə başa çatıb.

Konsertlər İstanbulun "Grand Pera" teatr salonunda təşkil olunub.

"Etno caz gecəsi"ndə Xalq artisti Ənvər Sadıqov, tanınmış musiqiçilər Elçin Şirinov və Aslan Növrəslinin rəhbərlik etdikləri üç musiqi qrupu çıxış edib.

Zəngin repertuarla çıxış edən musiqiçilərimizin "Naxçıvan" rəqsi, "Sarı gəlin", "Qarabağ havası" və s. ifaları musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin rəhbəri Nurlana Çakmak Azərbaycanda caz musiqisinin yaranması və inkişafı, bu sahəyə göstərilən diqqət və qayğı, həyata keçirilən layihənin əhəmiyyəti barədə ümumi məlumat verib.

"Azərbaycan musiqi şöləni!" şüarı ilə təşkil olunan layihə böyük bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsertlə başlanıb. Sonra "Muğam gecəsi" konserti keçirilib.

Konsert çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, ölkəmizin müasir inkişafını və təbiət gözəlliyini əks etdirən fotosərgi nümayiş olunub.

XƏDİCƏ

 





04.05.2018    çap et  çap et