525.Az

Bakıda "Mənim dünyam" sərgisi


 

Bakıda "Mənim dünyam" sərgisi <b style="color:red"></b>

Bakıdakı "Qalereya 1969" salonunda gənc rəssam Suada Yusifzadənin "Mənim dünyam" adlı fərdi sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək S.Yusifzadənin əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb.

Bildirib ki, sərgidə rəssamın müxtəlif mövzularda 50-dən çox əsəri nümayiş olunur. Sərgilənən rəsm nümunələri müəllifin bədii dünyasının təzahürüdür:

"Bizim gənclərimiz çox istedadlıdır. Suada Yusifzadə də çox böyük uğurla, yüksək zövqlə bu işlərin öhdəsindən gəlir. Sərgi münasibətilə onu təbrik edir, yaradıcılıq uğurları arzulayıram".

Əməkdar incəsənət xadimi Kübra Əliyeva, Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva və başqaları çıxış edərək rəssamın əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyini nəzərə çatdırıblar.

Bildirilib ki, Suadanın işləri məna-məzmun tutumuna görə fərqlidir. Sərgilənən əsərlərin sənətsevərlər tərəfindən maraqla qarşılanacağını vurğulayan natiqlər ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxında tanış olub.

XƏDİCƏ

 





04.05.2018    çap et  çap et