525.Az

İmdat Avşar TÜRKSAV-ın mükafatına layiq görüldü


 

<b style="color:red">İmdat Avşar TÜRKSAV-ın mükafatına layiq görüldü</b>

Mayın 4-də türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) tərəfindən təşkil edilən 22-ci Beynəlxalq Türk Dünyasına Xidmət Mükafatına layiq görülüb.

Türkiyənin Toqat vilayətinin Niksar ilçəsində gerçəkləşən mükafatlandırılma mərasimində TÜRKSAV-ın başqanı Yəhya Akəngin mükafatın təsisindən, rəhbəri olduğu qurumun gördüyü işlərdən danışıb.

Millət vəkilləri, akademik, mədəniyyət və ictimaiyyət xadimlərinin qatıldığı tədbirdə müxtəlif ölkələrdən fəxri qonaqlar iştirak ediblər.

Qeyd edək ki, sözügedən mükafata ötən il Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva layiq görülmüşdü.

İmdat Avşar Azərbaycan ədəbiyyatını türk dilinə çevrən tərcüməçilər arasında ən yaxşılardan hesab olunur. Son illərdə istər klassik, istərsə də müasir ədiblərimizdən çoxsaylı, uğurlu tərcümələr edib.

İ.Avşar ədəbiyyatımızı tanıtmaq üçün atdığı addımlardan dolayı Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görülüb.

Eyni zamanda, mayın 5-də Azərbaycan ədəbiyyatının dostu İmdat Avşarın doğum günüdür.

"525-ci qəzet"in kollektivi ədibi həm aldığı yeni mükafat, həm də doğum günü münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

CAVİD

 





04.05.2018    çap et  çap et