525.Az

Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir - Yenilənib


 

Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir - <b style="color:red">Yenilənib</b>

Azərbaycanın Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir. 

APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. 

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib. 

*** 09:15 

Xalq artisti Fuad Poladov vəfat edib. 

Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.  

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.
 
20 mart 1987-ci ildə "Azərbaycanın Xalq artisti" fəxri adını alıb.
 
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

 





05.05.2018    çap et  çap et