525.Az

Qazax teatrında Viktor Hüqonun əsəri oynanılacaq


 

Qazax teatrında Viktor Hüqonun əsəri oynanılacaq<b style="color:red"></b>

Mayın 6-da Qazax Dövlət Dram Teatrında fransız yazıçısı Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsəri əsasında eyniadlı tamaşanın premyerası keçiriləcək.

Teatrın 80-ci mövsümündə hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir.

Əsas obrazı teatra dəvət olunan aktyor Mehman Dilqəmoğlu (Piriyev) canlandıracaq. Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşpazov ifa edəcəklər.

Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur.

Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.

Şahanə MÜŞFİQ

 





05.05.2018    çap et  çap et