525.Az

Sabirabaddakı qəzada ölən 6 nəfərin adı məlum oldu - Yenilənib


 

Sabirabaddakı qəzada ölən 6 nəfərin adı məlum oldu - <b style="color:red">Yenilənib </b>

Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub. 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlər - 1979-cu il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları, 2000-ci il təvəllüdlü Bağırova Fatimə Teymur qızı, 1998-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, onların qohumları, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1989-cu il təvəllüdlü Qasımova Xəyalə Əbülhəsən qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.  

*** 11:05 

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər ölüb. 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. Onlar ana, iki qızı və yaxın qohumlardır. 

*** 10:30 

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfərin boğularaq öldüyü bildirilir. 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir. 

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış. 

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

*** 10:01

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb. 

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır. 

*** 09:44 

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun xəbərə görə, ilkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.

 





07.05.2018    çap et  çap et