525.Az

Çağdaş Ukrayna ədibinin əsərləri Azərbaycan dilində


 

Çağdaş Ukrayna ədibinin əsərləri Azərbaycan dilində<b style="color:red"></b>

Azərbaycan Tərcümə Mərkəzindən yeni nəşr – çağdaş Ukrayna ədəbiyyatının tanınmış siması Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabı çap olunub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, əsərlərindəki lakoniklik, özünəməxsus satira və ironiya tərzi Danilenkonu Ukrayna ədəbi mühitinin ən çox oxunan müəlliflərindən birinə çevirib.

Yazıçının “Tarnovskilər malikanəsindəki kölgələr” və “Mənim qarayanız, qıvrımsaç günəşim” romanları, eləcə də “Qulaqlar”, “Kiyevli oğlan”, “Qürub çağının işığında”, “Göbələk çığırtısı”, “Turovestdə futbol”, “Zanbaqlar arasındakı iz”, “Dovşan” hekayələri daxil edilmiş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Etimad Başkeçid tərcümə edib.

 





07.05.2018    çap et  çap et