525.Az

"Aİ-dən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyirik"


 

"Aİ-dən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyirik"<b style="color:red"></b>

“Azərbaycan Avropa İttifaqından ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyir”. 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Kamil Xasıyev bildirib. 

K. Xasıyev Avropa İttifaqı və Ermənistan arasında imzalanan sazişlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı birmənalı mövqenin yer almadığını qeyd edib: “İnanırıq ki, bu kimi hallar Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə kölgə salmayacaq, Avropa İttifaqı və Azərbaycan arasında imzalanan sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənəcək”.

 





08.05.2018    çap et  çap et