525.Az

“Exo” qəzetinin baş redaktoru vəfat etdi


 

“Exo” qəzetinin baş redaktoru vəfat etdi<b style="color:red"></b>

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib. 

Bu barədə APA-ya Rauf Talışinskinin yaxınları məlumat verib. 

Qeyd edək ki, T. Talışinski 16 noyabr 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
 
"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olub.
 
27 yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru idi.
 
Rauf Talışinski "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

 





08.05.2018    çap et  çap et