525.Az

“İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb


 

“İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb<b style="color:red"></b> Ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə iyulun 14-də keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.
 
İyulun 14-də III, iyulun 21-də I, iyulun 28-də IV, avqustun 3-də isə II ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.
 





08.07.2013    çap et  çap et