525.Az

Nazim Əhmədli Laçın məktəblilərilə görüşdü


 

Nazim Əhmədli Laçın məktəblilərilə görüşdü<b style="color:red"></b>

Mayın 5-də Laçın rayonu M.Səfərov adına Qozlu Kənd Tam Orta Məktəblilərlə şair Nazim Əhmədlinin görüşü keçirilib.

Məktəbin direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Aytac Abbasova şairin yaradıcılığı haqqında məlumat verib.

Məktəbin qurucusu, uzun illər təhsil sahəsində uğur qazanan və bu məktəbin ərsəyə gəlməsində sonsuz zəhməti olan Rəhman Səfərov çıxış edərək şairi salamlayıb və Laçınlı günlərdən söz açıb.

Müəllimlərdən Nabat Kərimova, Aygün Zülfüqarova, Adil Cabbarov, Vəfa İbrahimova, laçınlı qonaqlardan Vaqif Rəhimov, Yavər Quliyeva, Nailə  Əsədova, Solmaz Salmanova çıxış edərək Nazim Əhmədlinin yaradıcılığı haqqında xoş sözlər deyiblər.

Məktəbin şagirdləri şairin şeirlərindən parçalar söyləyiblər. Şagird  Ağakişi Əskərzadə sazda ifa edib.

N.Əhmədli, yeni şeirlərini oxuyub, şagirdlərə təhsil yollarında uğurlar, gələcəkdə Vətən üçün gərəkli insanlar kimi yetişmələrini arzulayıb, onların çoxsaylı suallarına cavab verib.

ŞAHANƏ

 





08.05.2018    çap et  çap et