Baş nazir Rәcәb Tayyıb Әrdoğan Misirdә hәyata keçirilәn hәrbi çevrilişlə bağlı beynәlxalq ictimaiyyәtә çağırış edib.
Qәrbin daha sәmimi addımlar atmasının lazım gәldiyini ifadə edәn baş nazir Rәcәb Tayyib Әrdoğan, Qәrb ölkәlәr tәrәfindәn indiyәdәk ciddi münasibət nümayiş etdirilmədiyini vurğulayıb.
Demokratik quruluşlarda seçkidәn başqa atılan bütün addımlar qanunlara ziddir deyәn baş nazir Әrdoğan bildirib ki, Misirdә hәrbi çevriliş hәyata keçirilib. Bunu hәr kәs belә qәbul etmәlidir. Bәlә addımlar ilә bir iqtidarı әlә keçirmәk qәbul edilmәzdir. Demokratiya vә әnәnәlәrin cinayәtkarıdır. Demokratiyalarda hәr şey seçkilәrlә olmalıdır. Hәrbi çevrilişlәrә qarşı olduğunu hәr fürsәtdә sәslәndirәn qәrb, indi sakit qalmağı seçir. Beynәlxalq tәşkilatlar isә göz önündә cәrәyan edәn bu haqsızlıq, bu zülm vә bu әdalәtsizlik qarşısında ciddi rәftar sәrgilәmәkdәn imtina edirlәr.
çap et