525.Az

Saatlıda şagirdin dərs zamanı ölməsinin səbəbi açıqlandı


 

Saatlıda şagirdin dərs zamanı ölməsinin səbəbi açıqlandı<b style="color:red"></b>

Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib. 

Bu barədə APA-ya Saatlı Təhsil Şöbəsindən məlumat verilib. 

Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 





08.05.2018    çap et  çap et