525.Az

Zakir Həsənov Türkiyəyə gedir


 

Zakir Həsənov Türkiyəyə gedir<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.

 





08.05.2018    çap et  çap et