525.Az

ƏSA Teatrı ABŞ-da mükafata layiq görüldü


 

ƏSA Teatrı ABŞ-da mükafata layiq görüldü<b style="color:red"></b>

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv ƏSA Teatrı ABŞ-da ölkəmizi təmsil edir. 

APA-nın məlumatına görə, ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres Mükafatı”na layiq görülüb. 

Teatrın baş meneceri Nicat Qulam bildirib ki, böyük nüfuza malik olan mükafat ƏSA Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib. 

Qeyd edək ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” adlı beynəlxalq layihədə iştirak edir. Sabah ƏSA Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.

 





10.05.2018    çap et  çap et