525.Az

“Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsi başa çatdı


 

“Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsi başa çatdı<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində “Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma-yazı müsabiqəsinin mükafatlandırma tədbiri keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin təşkilatçıları Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə çıxan “İşıq-qadın” jurnalı idi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisinin sədr müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov və başqaları müsabiqənin önəmindən söz açıb, bildiriblər ki, müsabiqəyə belə böyük marağın olması, dövlətçiliyə və Azərbaycan qadınına ehtiramın nümunəsidir.

Müsabiqə Cümhuriyyətin qurulmasında rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda,hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyıb.Ümumilikdə müsabiqəyə 98 nəfər qatılıb, bunlardan 50 balı keçən 67 yazı toplu şəkildə nəşr olunub. Kitab tədbirdə iştirak edən qonaqlara hədiyyə edilib. 

Müsabiqədə Gülnarə Cəfərovanın “Bir işıq da sən yandır”, Firavan Əlizadənin  “Azərbaycanın ilk qadın jurnalisti və publisisti”, Şəbnəm İsrayilovanın “Liza Tuqanova-Muxtarova”, Bakı Xoreoqrafiya Akademiyasının dissertantı Könül Əzimovanın “Cumhuriyyətdə doğulmuş rənglər” və digər müəllif məqalələri yer alıb.

Müsabiqəyə təqdim edilən yazılar anonim şəkildə qiymətləndirilib, ümumi ballar nəticəsində qaliblər müəyyən edilib.

Müsabiqənin sonunda münsiflər heyətinə və qaliblərə diplom və mükafatlar təqdim olunub.

“Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsinin qalibi isə qocaman jurnalist, tarix elmləri doktoru Sabir Gəncəli olub.

 





10.05.2018    çap et  çap et