525.Az

Bu günə və gələcəyə görə Ona minnətdarıq


 

Bu günə və gələcəyə görə Ona minnətdarıq<b style="color:red"></b>

Azərbaycan xalqı xoşbəxt xaldır ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib.

Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.

1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır.

1993-cü il iyunun 15-i  isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər böyük ictimai-siyasi xadim Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu şübhə altında olardı. 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində müstəsna rol oynadı. H.Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda iqtisadi yüksəliş, azadlıq və elmi tərəqqi mərhələsi başladı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində minlərlə tədris ocağı, gənclik mərkəzləri açıldı, azərbaycanlı gənclər SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutdu. Xalqımız bu gününə və sabahına görə Ulu öndərimizə borcludur. Ümummilli lider Heydər Əliyev bizim dünənimiz, bu günümüz və gələcəyimizdir. Məhz O dahi şəxsiyyətin sayəsində Azərbaycan dövləti bütün dünyada tanınıb, sayılıb-seçilən nüfuzlu ölkələr sırasına qoşulub.

Ümummilli liderimizin doğumunun 95-ci il dönümündə Azərbaycan xalqı o tarixi şəxsiyyəti sevgi, sayğı və qürur hissi ilə anır.

 





10.05.2018    çap et  çap et