525.Az

"Bizim dövr” qəzetinin baş redaktoru və müavini azadlığa buraxıldı


 

"Bizim dövr” qəzetinin baş redaktoru və müavini azadlığa buraxıldı <b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. 

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev və Hikmət Nəcəfli barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. S. Əliyev və H. Nəcəfli məhkəmə iclas zalından azadlığa buraxılıblar. 

Sevinc Məmmədsalayevə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər M. Abbasov, İlahə Qasımova və Gülbəniz Əliyeva barəsində də şərti cəza seçilib.

 





10.05.2018    çap et  çap et