525.Az

Mey və Netanyahu İsrailin Suriyaya zərbəsini müzakirə etdilər


 

Mey və Netanyahu İsrailin Suriyaya zərbəsini müzakirə etdilər<b style="color:red"></b>

Böyük Britaniyanın baş naziri Tereza Mey və onun israilli həmkarı Binyamin Netanyahu arasında telefon danışığı olub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya Nazirlər Kabinetinin saytında dərc olunmuş məlumatda bildirilir.    

“Baş nazir İranın İsrailə məxsus hərbi obyektlərə raket hücumunu pisləyib və İsrailin  özünümüdafiə hüququnu dəstəklədiyini bildirib. Baş nazir hücumların təkrarlanmamasına dair Londonun İrana etdiyi çağırışı xatırladaq tərəflərdən sabitliyi qorumağa çağırıb”, - deyə məlumatda bildirilir.     

“Tərəflər İranın bölgədə gərginliyə səbəb olan davranışına qarşı beynəlxalq ictimaiyyətin birgə çıxış etməsinin vacibliyini qeyd ediblər. Tərəflər həmçinin İranın növbəti zərbələrinin qarşısını almaq üçün Rusiyanı Suriyaya təsirindən istifadə etməyə çağırıb”, - deyə məlumatda bildirilir. 

 





11.05.2018    çap et  çap et