525.Az

NATO gəmiləri Tallində


 

NATO gəmiləri Tallində <b style="color:red"></b>

NATO-ya məxsus bir qrup hərbi gəmisi Tallin limanına yan alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.     

Məlumata görə, NATO-nun hərbi gəmiləri 11-25 may tarixlərində Estoniya Hərbi-Dəniz Qüvvələrinin (HDQ) təşkil etdiyi “Open Spirit” təlimlərində iştirak edəcəklər.   

“NATO-nun daimi qrupunun Estoniyada mövcudluğu bizi daha sıx əməkdaşlığa sövq edir. Budəfəki təlimlərdə qrupun qərargahına estoniyalı zabit rəhbərlik edəcək”, - deyə Estoniya HDQ komandanı Yuri Saska bildirib.   

Qrupa 5 gəmi daxildir. Ümumilikdə təlimlərdə 800-dək dənizçi iştirak edəcək.

 





11.05.2018    çap et  çap et