525.Az

Putin və Ərdoğan arasında telefon danışığı


 

Putin və Ərdoğan arasında telefon danışığı <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. 

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı liderlər ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasını müzakirə ediblər. Tərəflər nüvə sazişinin qüvvədə qalmasının beynəlxalq və regional təhlükəsizlik üçün prinsipial əhəmiyyət kəsb etdiyini vurğulayıblar.   

Ərdoğan həmçinin Putini Böyük Vətən Müharibəsində Qələbənin 73 illiyi və prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib. 

Söhbət zamanı həmçinin, Suriya münaqişəsinin  nizamlanması və ikitərəfli mühüm layihələrin icrası məsələlərini müzakirə ediblər.

 





11.05.2018    çap et  çap et