525.Az

Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"


 

Merkel: "Avropa artıq ABŞ-a ümid bəsləməməlidir"<b style="color:red"></b>

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa artıq ABŞ-a ümid bəsləməyə son qoymalıdır.

APA-nın “Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib. 

“ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, - deyə Merkel qeyd edib.   

A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib. 

Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, D.Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.

 





11.05.2018    çap et  çap et