525.Az

"Yada düşdü"nün yeni sayında...


 

"Yada düşdü"nün yeni sayında...<b style="color:red"></b>

"Yada düşdü" ədəbi-bədii, nostalji jurnalının yeni sayı yanvar ayında vəfat edən yazıçı-dramaturq, Respublika Xatirə Kitabı redaksiyasının və "Yada düşdü" jurnalının baş redaktoru Nahid Hacızadəyə həsr olunub.

Ənənəvi olaraq jurnal "Təsisçidən..." yazı ilə başlayır. Bu dəfə təsisçi Nəzakət Məmmədli mərhum N.Hacızadədən söz açıb.

Jurnalın bu sayında yer alan bütün yazılar "Hər şey gəldi-gedərdi, qalan xatirələrdi" başlığı altında oxuculara təqdim olunub.

Mərhum yazıçını Xalq şairi Fikrət Qoca "Yaxşı adamlar ölmür...", şair Musa Yaqub "Yaxşı insanların qədri öləndən sonra bilinir", Sadıq Elcanlı "İşıqlı adamın dastanı", Xalq şairi Sabir Rüstəmxanlı "Azərbaycan televiziya tarixinə Nahid Hacızadənin adı qızıl hərflərlə yazılmalıdır", Elçin Hüseynbəyli "Gülüşü özündən ağır adam", Ramiq Muxtar "Gözəl insan, unudulmaz dost", Əlövsət Bəşirli "Sönməz işıq" yazıları ilə yad ediblər.

"Yada düşdü" kitabının redaktorundan..." başlığı ilə Dilarə Vəkilova N.Hacızadadən danışıb.

Jurnalın bu sayında 2006-cı ildə N.Hacızadənin 70 illik yubileyi münasibətilə qələmə alınan professor Qəzənfər Paşayevin "Əbədiyyətə aparan illər və yollar", Əlibala Hacızadənin "İşıq ürkələrin dünyası", Zülfüqar Şahsevənlinin "Yetmiş yaşın aydınlığı içində", İlyas Tapdıqın "Ömrümə yazılan illər", Telman Mehdixanlının "Qələminə güvənən yazıçı",  Səfər Alışarlının "Yaşamağa dəyərmiş", Akif Quliyevin "Şərəfli ömrün 70-ci baharı", Nurəddin Ədiloğlunun "Yetmişi ötən səksənə yetər" məqalələri, Arif Ərşadoğlunun "Məktəb işıqlı bir dünyadır" müsahibəsi, Oqtay Rzanın şeiri daxil edilib.

Nəzakət Məmmədovanın N.Hacızadənin 80 illik yubileyinə həsr etdiyi "Səksəninci bahar" yazısı və "Səksən bahar" şeiri də jurnalın bu sayındadır.

Oxucular bu sayda İradə Tuncayın H.Hacızadəyə həsr olunmuş məqaləsindən fraqment və "Müəllim" yazısını, Fərqanə Mehdiyevanın "Kişi kimi yaşamağı nəsillərə miras qoyub getdi..." essesini, mərhum yazıçıdan illər öncə alınmış müsahibəni, Əbülfət Mədətoğlunun "Vicdanların bir küncündə əbədi yaşayacaq insan" adlı xatirələrini, Qədir Tərtərlinin "Şirin bir xatirə tək...", Firuz Mustafanın  "Nahid Hacızadə haqq dünyasına qovuşdu..." və "Öz qəhrəmanlarına bənzəyən yazıçı", Hacı Qulam Sadığın "İnsanlıq abidəsi" məqalələrini oxuyacaqlar.

N.Hacızadənin vəfatı ilə bağlı kədərini İradə Sarıyeva "Bu dünyadan Nahid Hacızadə köçdü...", Kənan Hacı "Sonuncu köç", Məzahir Əhmədoğlu "Yorulmayan ataları...dinləyin!", Fəridə Rəhimli "Uzaqdan baxıram dağlar gözəldir..." esseləri ilə ifadə ediblər.

Jurnalın sonunda mərhumun həyatının müxtəlif dövlərini əks etdirən fotoşəkillər və "Qalx, qalx, ulu bayraq!" şeiri yer alıb.

Şahanə MÜŞFİQ

 





11.05.2018    çap et  çap et