525.Az

AEBA baş katibinin müavini istefa verdi


 

AEBA baş katibinin müavini istefa verdi<b style="color:red"></b>

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibinin müavini, finlandiyalı Tero Varyoranta istefa verib. 

APA-nın məlumatına görə, bu barədə “Helsingin Sanomat” qəzeti Agentliyə istinadən xəbər verib. 

Məlumata əsasən, T.Varyoranta İranın nüvə obyektlərinin yoxlanılması ilə məşğul olub. Onun istefası ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxması ilə əlaqələndirilir. 

2015-ci ildə “Helsingin Sanomat”a verdiyi müsahibədə, T.Varyoranta İranla bağlı razılaşmanın "əldə edilə biləcək ən yaxşı nəticə" kimi qiymətləndirib. 

Qeyd edək ki, Tero Varyoranta 2013-cü ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibinin müavini təyin edilib.

 





12.05.2018    çap et  çap et