525.Az

Tbilisidə gecə klublarında xüsusi əməliyyat: saxlanılanlar var


 

Tbilisidə gecə klublarında xüsusi əməliyyat: saxlanılanlar var <b style="color:red"></b>

Tbilisinin “Bassiani və “Cafe Gallery” gecə klublarında keçirilən xüsusi əməliyyat nəticəsində 8 narkotik alverçisi saxlanılıb. 

APA-nın “newsgeorgia.ge”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib. 

“Daxili İşlər Nazirliyi üç ay ərzində “Bassiani” və “Cafe Gallery” klublarında narkotik vasitələrin satışına dair faktları müəyyən etmək üçün intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib”, məlumatda deyilir. 

Hər iki gecə klubunun qarşısında asayiş keşikçiləri və polisin hərəkətlərinə etiraz edənlər arasında qarşıdurma yaranıb. Polis əməkdaşlarına qarşı itaətsizlik və müqavimət göstərən bir neçə nəfər inzibati qaydada saxlanılıb. 

Hazırda “Bassiani” və “Cafe Gallery” gecə klublarında zəruri istintaq tədbirləri davam etdirilir.

 





12.05.2018    çap et  çap et