525.Az

"Sinqapurda Koreya müharibəsinin başa çatması elan edilə bilər"


 

"Sinqapurda Koreya müharibəsinin başa çatması elan edilə bilər"<b style="color:red"></b>

Rəsmi Vaşinqton iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşün yekunlarına dair birgə bəyanatın imzalanmasına ümid edir. 

APA-nın məlumatına görə, bu barədə Yaponiyanın nüfuzlu “Nikkei” qəzeti yazıb. 

Qəzet ABŞ administrasiyasındakı mənbəyə istinadən yazır ki, hazırda birgə sənədə Koreya yarımadasının tam denuklearizasiyası və Koreya müharibəsinin baça çatmasına dair razılaşmanın daxil edilməsi nəzərdən keçirilir. 

Bildirilir ki, Koreya yarımadasının nüvə silahından tam azad edilməsinin vaxtı kimi 2020-ci il göstərilə bilər.

 





12.05.2018    çap et  çap et