525.Az

Şimali Koreya özünün nüvə poliqonunu bağlamağı qərara aldı


 

Şimali Koreya özünün nüvə poliqonunu bağlamağı qərara aldı <b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Pxunqeri nüvə poliqonu bağlanacaq. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR Əmək Partiyasının Mərkəzi Komitəsi qərar qəbul edib. 

Poliqona girişin və ətrafdakı obyektlərin məhv edilməsi planlaşdırılır. Ərazidən bütün elmi işçilər və mühafizə xidməti çıxarılacaq.

Mərasimdə Cənubi Koreya, Çin, ABŞ, Britaniya və Rusiya jurnalistlərinin iştirakı gözlənilir.

Tədbirin 23-25 may tarixləri arasında keçirilməsi nəzərdə tutulub. KXDR XİN-dən bildirilib ki, dəqiq vaxtın müəyyən edilməsi hava şəraitindən asılı olacaq. 

Qeyd edək ki, Pxunqeri nüvə poliqonunun bağlanması və bu barədə mərasimin keçirilməsi barədə razılaşma Şimali və Cənubi Koreya liderləri arasında aprelin 27-də keçirilmiş görüşdə əldə olunub.

 





12.05.2018    çap et  çap et