525.Az

Tbilisidə etirazçılar mərkəzi prospekti bağladılar


 

Tbilisidə etirazçılar mərkəzi prospekti bağladılar<b style="color:red"></b>

Tbilisidə parlament binası qarşısında gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq təşkil olunmuş aksiya davam edir. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları mərkəzi Rustaveli prospektini bağlayıblar. Onlar hökumət rəsmiləri ilə görüş tələb edirlər. 

Batumi və Kutaisi şəhərlərindən də aksiyaya qatılanların olacağı bildirilib. Aksiyanın keçirildiyi yerə yaxın əraziyə xüsusi təyinatlılardan ibarət qrup cəlb olunub. 

Sosial şəbəkələrdə istifadəçilər tərəfindən şəhərin mərkəzi küçələrində su şırnağı texnikasının əks olunduğu fotoşəkillər yayılıb. 

Qeyd edək ki, ötən gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

 





12.05.2018    çap et  çap et