525.Az

Ermənistanda yeni XİN rəhbəri təyin edildi


 

Ermənistanda yeni XİN rəhbəri təyin edildi <b style="color:red"></b>

Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsinə Zoqrab Mnatsakanyanın təyin edilməsi haqqında fərman imzalayıb.   

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, təyinat baş nazir Nikol Paşinyanın təklifi əsasında baş tutub. 

Xatırladaq ki, 2008-ci ildən Ermənistan XİN rəhbəri vəzifəsində Edvard Nalbandyan çalışıb.

 





13.05.2018    çap et  çap et