525.Az

Tbilisidə etiraz aksiyasına cavab aksiyası


 

Tbilisidə etiraz aksiyasına cavab aksiyası <b style="color:red"></b>

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Narkotiklərə yox!” şüarı altında aksiya keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya Tbilisidə narkotik alverçilərinin saxlanılması ilə bağlı keçirilən etiraz aksiyalarına qarşı təşkil olunub.

Aksiyada 20-yə yaxın şəxs iştirak edib. Aksiya iştirakçıları ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəni dəstəklədiklərini bildiriblər. Onlar narkotik alverçilərinin müəyyən olunaraq cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq dünən saat 15:00-dan başlayaraq Tbilisidə parlament binası qarşısında bu gün səhər saatlarına qədər aksiya keçirilib.

Etiraz aksiyasının bu gün saat 15:00-da Tbilisidə başqa yerdə yenidən bərpa olunacağı gözlənilir.

 





13.05.2018    çap et  çap et