525.Az

"Yuventus" ardıcıl 7-ci dəfə İtaliya çempionu oldu


 

"Yuventus" ardıcıl 7-ci dəfə İtaliya çempionu oldu<b style="color:red"></b>

İtaliya A seriyasında 37-ci tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günü çempionun adına aydınlıq gətirib. 

“Roma” ilə görüşdə 1 xal qazanan “Yuventus” qızıl medalları təmin edə bilib. Turinlilər sona 1 tur qalmış “Napoli”ni 4 xal qabaqlayır. 

Neapol təmsilçisinin “Sampdoriya” üzərində səfər qələbəsi də çempionluq şansını qorumaq üçün yetərli olmayıb. 

Beləliklə "Yuventus" ardıcıl 7-ci dəf  İtaliya çempionu olub.

“Roma” – “Yuventus” - 0:0

“Sampdoriya” – “Napoli” - 0:2

 





14.05.2018    çap et  çap et