525.Az

“Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans


 

“Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans <b style="color:red"></b>

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlığı ilə “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın xəbərinə görə, konfransda Azərbaycan dövlət qurumlarının nümayəndələri, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin təmilçiləri, Moldova Respublikası, Niderland Krallığının Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər iştirak edir. 

Konfransın açılış sessiyasında çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ceroen Villems əvvəlcə dünyada miqrasiya və miqrantlara qarşı mənfi mövqedən çıxış edənlərin sayının artdığını təəssüf hissi ilə qeyd edib.
 
O deyib ki, miqrasiya yaxşı idarə edildikdə, tənzimləndikdə xalqlar üçün imkanlar yaradır, xalq bundan maddi nəticə və üstünlüklər götürür: "Azərbaycan miqrasiya baxımından həm mənşə, həm də təyinat ölkəsi kimi çıxış edir. Miqrasiyanın təklif etdiyi bu imkanlardan həm yararlanır, həm də zərərverici amillərini azalda bilir". 

Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev həyata keçirilən MOBİLAZE layihəsinin Azərbaycan dövlət qurumlarının çox böyük nailiyyətlər əldə olunmasına təkan verdiyini döyləyib: "Bu layihə 2016-cı ildən həyata keçirilir. 2019-cu ildə başa çatması nəzərdə tutulub. Layihənin müddətinin uzadılması üçün Miqrasiya Xidməti öz təkliflərini artıq təqdim edib. Ümid edirəm ki, əməkdaşlığımız  bundan sonra da uğurla davam etdiriləcək". 

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər departamentinin sədri Əlimirzamin Əsgərov mobillik  istiqamətində mövcud  əməkdaşlığın Aİ və Azərbaycan arasındakı münasibətdə vacib istiqamətlərdən biri olduğunu vurğulayıb.

O bildirib ki, bu əməkdaşlıq artıq 25 il müddətində davam edən ümumi əməkdaşlıqda uğurlu səhifə açıb: "Azərbaycan yerdəyişmə üzrə tərəfdaşlıq çərçivəsində Aİ ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Əməkdaşlığımızın dərinləşəcəyinə ümid edirik". 

Ə. Əsgərov deyib ki, Aİ və Azərbaycan arasında praktik imkanların həyata keçirilməsində MOBİLAZE layihəsinin xüsusi  rolu var: "Layihənin ilkin yekunlarını qənaətbəxş hesab edə bilərik. Bununla belə, biz Aİ ilə yerdəyişmə üzrə tərəfdaşlığın təkcə qeyd edilən layihənin həyata keçirilməsi ilə məhdudlaşdırılmasını istəməzdik. Məncə digər təşəbbüslər araşdırılmalı və təşviq edilməlidir. Əminik ki,  viza ilə bağlı sazişin həyata keçirilməsi də viza liberallaşdırılmasına təkan verəcək". 

Daha sonra Yerdəyişmə üzrə Tərəfdaşlıqla bağlı təqdimat nümayiş etdirilib. 

Konfrans sabah da davam etdirəcək.

 





14.05.2018    çap et  çap et