525.Az

Lavrov və Şoyqu yeni hökumətdə öz vəzifələrində qalacaqlar


 

Lavrov və Şoyqu yeni hökumətdə öz vəzifələrində qalacaqlar<b style="color:red"></b>

Sergey Lavrov və Sergey Şoyqu Rusiya Nazirlər Kabinetinin yeni tərkibində də yer alacaqlar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "RİA Novosti"yə parlamentdəki mənbə bildirib.

O deyib ki, Lavrov xarici işlər, Şoqyu isə müdafiə naziri vəzifəsində qalacaq: "Anton Siluanov və Sergey Qrodeyev həm baş nazirin müavinləri, həm də müvafiq olaraq maliyyə və kənd təsərrüfatı naziri vəzifələrini tutacaqlar. Denis Manturov sənayə və ticarət aziri vəzifəsində qalacaq".
 
Köhnə hökumətdə nəqliyyat naziri vəzifəsini tutan Maksim Sokolov, kənd təsərrüfatı naziri vəzifəsini tutan Aleksandr Tkaçov yeni kabinetdə təmsil olunmayacaq.
 
Qeyd edək ki, Rusiyanın baş naziri Dmtri Medvedev sabah Nazirlər Kabinetinin yeni tərkibini prezident Vladimir Putinə təqdim edəcək.

 





14.05.2018    çap et  çap et