525.Az

Məmmədyarov həmsədrlərlə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcək


 

Məmmədyarov həmsədrlərlə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcək<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb. 

APA-nın məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, 15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. 

“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, deyə H.Hacıyev qeyd edib.

 





14.05.2018    çap et  çap et