525.Az

Sabirabadda yeni doğulan 2 körpə öldü


 

Sabirabadda yeni doğulan 2 körpə öldü<b style="color:red"></b>

Sabirabadda körpə ölümü qeydə alınıb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb. 

Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib. 

Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb. 

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

 





15.05.2018    çap et  çap et