525.Az

Hava limanlarında veriləcək vizaların rüsumu müəyyənləşdi


 

Hava limanlarında veriləcək vizaların rüsumu müəyyənləşdi<b style="color:red"></b>

"ASAN Viza" vasitəsilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.

APA-nın xəbərinə görə, "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.

Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır. 

"ASAN Viza" vasitəsi ilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu xidmət haqqı ilə birgə hesablanır. 

Xatırladaq ki, "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud  elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

 





15.05.2018    çap et  çap et