525.Az

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı oldu


 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı oldu<b style="color:red"></b>

Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. 

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər. 

Təhsil naziri Ceyhun Bayramov prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib. 

Dövlət başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış olublar. 

Prezident və birinci xanım həmçinin kompleksin bağçasında yaradılan şəraitlə də tanış olublar.

 





15.05.2018    çap et  çap et